İdman

Moldovada bütün idman yarışları təxirə salındı

20 Mart 2021 15:51
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldovada koronavirus pandemiyası ilə əlaqədar bütün idman yarışları təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu qərarı İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyası verib. Ölkədə bütün idman tədbirlərinin qeyri-müəyyən müddətə təxirə salındığı bildidilib. Ona görə də Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün matçlar oynanılmayacaq. Ən əsası isə yığmanın Farer adaları və İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.

Qeyd edək ki, Moldovanın Farer adaları ilə görüşü martın 25-ə, İsraellə matçı isə martın 31-ə  planlanmışdı Verilən qərarlar isə elə martın 31-dək qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.