İdman

ÇL-də bu mövsümün son püşkü atılır

19 Mart 2021 10:54
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalda Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Siti", Fransanın PSJ, İspaniyanın "Real Madrid" və Portuqaliyanın "Portu" klublarının rəqibləri müəyyənləşəcək.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə keçiriləcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab matçları 4-5 mayda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.