İdman

"Avro-2020-də oynamayacaqlar" - Klopp açıqladı

14 Mart 2021 13:36
Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" futbolçuları Vircil van Deyk və Co Qomesin zədəsi haqqında danışıb.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis müdafiəçilərin Avro-2020-nin matçlarınadək sağalacaqlarına şübhə etdiyini deyib:

"Məlumatlar onların Avro-2020-də iştirakının mümkün olmadığını göstərir. Ümid edirik ki, hazırlıq prosesinə bizimlə başlaya biləcəklər. Bizimlə məşq etsələr, xoşbəxt olacağıq. Amma mən Avro-2020 barədə düşünməmişəm".

Qeyd edək ki, Van Dayk (Niderland) oktyabrın 17-də "Everton"la matçda, Qomes isə noyabr ayında İngiltərə millisinin heyətində zədə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.