Türkiyənin İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən "Turkish Open" beynəlxalq yarışının üçüncü günü də taekvando millimiz üçün uğurlu alınıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, öncəki günlərdə turnirin qalibi Milad Hərçəqani və gümüş medala sahib olan Radik İsayevin ardından Ayxan Tağızadə də fəxri kürsüyə qalxıb.
Yarışa 74 kq çəki dərəcəsində qatılan komandamızın üzvü, yarımfinala kimi inamla irəliləsə də qızıl medal uğrunda döyüşün bir addımlığında ispan rəqibinə məğlub olub.
Ayxan, yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, bununla da böyüklərin yarışı başa çatıb.
Milli.Az