İdman

Mbappe Messinin rekordunu qırdı

11 Mart 2021 15:59
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin futbolçusu Kilian Mbappe "Barselona"nın kapitanı Lionel Messinin rekordunu qırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab matçında (1:1) nail olub. O, görüşdə fərqlənməklə turnirdə vurduğu qolların sayını 25-ə yüksəldib. Beləliklə, fransalı oyunçu Çempionlar Liqası tarixində 25 qol həddinə çatan ən gənc oyunçu olub (22 yaş 80 gün).

Bundan əvvəlki ən yaxşı göstərici L.Messiyə məxsus idi. O, 22 yaş 286 günlüyündə turnirdə 25-ci qolunu vurmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.