Rusiyada "WhatsApp"la zəng vurmaq bloklandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada Telegram və WhatsApp vasitəsilə zənglərə məhdudiyyət qoyulub.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (RKN) məlumat yayıb. Qurumun açıqlamasına görə qərar hüquq-mühafizə orqanlarının təqdim etdiyi materiallar əsasında dələduzluq halları ilə mübarizə məqsədilə verilib. Bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri və araşdırmalar nəticəsində bu messencerlər səsli zənglər vasitəsilə fırıldaqçılıq, pul tələb etmə, diversiya və terror fəaliyyətinə cəlbetmə hallarında əsas vasitələrə çevrilib. Digər funksiyalar isə məhdudlaşdırılmayıb.
Dövlət Dumasının deputatı Anton Nemkin bildirib ki, 2024-cü ildən bəri WhatsApp istifadəçilərinə qarşı dələduz hücumlarının sayı 3,5 dəfə artıb. Onun sözlərinə görə, minlərlə hesab oğurlanıb, bank əməkdaşlarının şəxsiyyətləri saxtalaşdırılıb, fişinq və məlumat oğurluğu halları çoxalıb. Deputat həmçinin vurğulayıb ki, messencerlər uzun illərdir Rusiya qanunvericiliyinə əməl etməkdən imtina edir və qanunsuz materialları silmir.
RKN-in qərarını dəstəkləyən Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski, Telegram və WhatsApp sahiblərinin "faktiki olaraq cinayətkarlara yardım etdiyini" deyib.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə açıqlamasında bildirib ki, zənglər yalnız messencerlər Rusiya qanunlarına əməl etdikdən sonra bərpa ediləcək. Komitə sədrinin birinci müavini Anton Gorelkinin sözlərinə görə bunun üçün platformalar Rusiyada hüquqi nümayəndəlik açmalı, RKN və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməli və bütün tələblərə əməl etməlidir.
Qeyd edək ki, Meta şirkəti Rusiyada ekstremist elan olunduğundan WhatsApp üçün bu prosesin daha mürəkkəb olduğu bildirilir. Telegram isə öz növbəsində platformada zərərli fəaliyyətlərə qarşı İT alətləri və moderatorlar vasitəsilə mübarizə apardığını açıqlayıb.
Sosial tədqiqat şirkəti Mediascope-un məlumatına görə, iyul ayında Rusiyada "WhatsApp"ın aylıq auditoriyası 96,2 milyon, "Telegram"ın isə 89,8 milyon nəfər olub. Yerli alternativlər arasında "VKontakte" və "Max" messencerinin populyarlığı artmaqdadır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
XƏBƏR LENTİ
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)





