Sınaq dövrü başa çatdı: Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, dəsətəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır:
"Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün "m10" tətbiqinin "Binance" platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə "Binance" cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə "kriptobroker platforması" virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir".
"Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir.
Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir",- deyə millət vəkili əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)





