Super Liqa nəhəngi "Fənərbağça" və Portuqaliya klubu "Benfika" arasında milli futbolçu Kerem Aktürkoğlunun transferi üzrə bütün detallar razılaşdırılıb.
Milli.Az xəbər verir ki, "Mais Futebol"un məlumatına görə, futbolçu 16 avqust şənbə günü Benfika ilə liqa matçından sonra İstanbula gələrək "Fənərbağça" ilə rəsmi müqavilə imzalayacaq.
Transferin maliyyə detalları da açıqlanıb: "Fənərbağça" 22,5 milyon avro transfer haqqı və 2,5 milyon avro bonus ödəyəcək, ümumilikdə 25 milyon avro dəyərində razılaşma əldə olunub.
Ötən mövsüm 26 yaşlı futbolçu Portuqaliya yığmasında 54 oyunda 16 qol vurub və 13 məhsuldar ötürmə edib. Bu transfer "Fənərbağça" üçün böyük gücləndirmə hesab olunur.
Fidan
Milli.Az