Hadisə

Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib - FOTO

14 Avqust 2025 13:43
Baxış: 397
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes" markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Q.Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.