Ölkə

Ölkəmizdə də idxal olunan “həci pivəsi” ilə bağlı sensasion DETALLAR

14 Avqust 2025 14:44
Baxış: 675
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 52,91 min dekalitr (yəni 529,1 min litr) alkoqolsuz pivə idxal olunub.

Milli.Az xəbər verir ki, rəsmi statistikaya əsasən, alkoqolsuz pivə idxalı Belarus, Rusiya, İran, Türkiyə, Almaniya, Bolqarıstan və İrlandiya olmaqla 7 ölkədən həyata keçirilib.

Belə ki, bəzi ölkələrdən idxal edilən miqdar az olsa da, 1 dekalitr üçün ödənilən qiymət xeyli yüksək olub.

Ən bahalı məhsul isə İrlandiyadan gətirilib. Cəmi 0,08 min dekalitr (yəni 800 litr) məhsul üçün 2,78 min dollar ödənilib. Bu ölkədən idxal edilən alkoqolsuz pivənin 1 dekalitri 34,75 dollar və ya 59 manat təşkil edib.

İrandan idxal edilən 21,15 min dekalitr pivə üçün 142,67 min dollar xərclənib. 1 dekalitr üçün qiymət 6,74 dollar və ya 11,46 manat olub.

Özünü İslam ölkəsi adlandıran İranın pivə istehsal və ixrac etməsi təbii ki, xeyli sual və təəccüb doğurur. Çünki pivə hazırlanarkən xammal xüsusi qaydada qıcqırdılır. Qıcqırdılmış məhsulunsa qəbulunu İslam dini qadağan edir.

Çünki bunun insan orqanizminə bir sıra zərərləri var.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyir ki, spirtli içkinin istehsalını və istehlakını İslam dini qadağan edir:

"Bu mənada spirtsiz pivə daha çox imitasiya xarakteri daşıyır. Çünki pivənin hazırlanması prosesi elədir ki, ona spirt vurulmasa belə onu içmək haramdır. Pivə qıcqırma yolu ilə hazırlanır.

Qıcqırdılmış məhsulların istehlakını isə dinimiz qəbul etmir. Ona görə də spirtsiz pivə daha çox imitasiya xarakteri daşıyır.

Bəzilərimiz də özümüzü aldadaraq bu içkiləri içirik. Adını da qoyuruq ki, "alkoqolsuzdur, spirtsizdir". Axı nə qədər vacibdir ki, müsəlman belə bir içkini qəbul etsin?! Unutmayaq ki, dinimizin haram buyurduğu hər bir şey sağlamlığımız üçün təhlükə mənbəyidir. Ona görə də bu cür içkilərin istifadəsinə və tədavülünə dinimiz icazə vermir".

Müsahibimiz təəssüflə bildirib ki, bəzi müsəlman ölkələrində, o cümlədən İranda bu cür səhv yanaşmalar var:

"Bu gün marketlərimizdə İran istehsalı olan pivələr satılır. Bunun da alkoqolsuz olduğu bildirilir. Amma qıcqırıldılma prosesinin necə getdiyini hər birimiz yaxşı bilirik. Belə bir prosesdən sonra hazırlanan məhsulun halal olmasını iddia eləmək ağılsızlıq olardı. Ona görə də müsəlmanlara tövsiyə odur ki, özlərini aldatmasınlar. Özlərinə hörmət etsinlər, belə içkilərdən uzaq dursunlar.

İran bir islam dövləti olaraq bunu edir. Bu isə anlaşılmır. Tutaq ki, Qərb dövlətləri bunu kommersiya marağı üçün edir. Bəs İran bunu nə üçün edir?! Müsəlmanları aldadıb pul qazanmaq üçün, yoxsa içkini təşviq etmək üçün? Bir sözlə İranın bu məsələdəki mövqeyi başa düşülən deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.