İdman

Ronaldonun evlilik təklifindəki üzüyün qiyməti açıqlandı- FOTO

14 Avqust 2025 09:47
Baxış: 490
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklifi edib. Corcinanın barmağındakı nişan üzüyü isə günlərdir dünya mediasının gündəmindədir.

Milli.Az xəbər verir ki, "Gafla" zərgərlik şirkətinin kreativ direktoru Abdulla Beljafla "Vogue" nəşrinə açıqlamasında üzüyün detalları barədə məlumat verib.

Onun sözlərinə görə, üzük ümumilikdə təxminən 37 karatdır:

"Mərkəzdəki almaz qaş 22 ilə 30 karat arasında qiymətləndirilir. Əsas daş, zərif uzanması və güclü parlaqlığı ilə tanınan oval kəsilmiş almazdır. Mükəmməl proporsional oval forması (uzunluq-en nisbəti 1,30-1,50) simmetriyanı qoruyur və işıq ötürücülüyü yüksək olduğundan parlaqlığı maksimuma çatdırır. Dizayn sadə saxlanılaraq daşın nadirliyi, aydınlığı və ölçüsü ön plana çıxarılıb".

Qeyd edək ki, Ronaldo 9 il sonra 2 uşağının anası Corcina Rodrigezə evlilik təklifi edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.