Ölkə

Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı

14 Avqust 2025 13:25
Baxış: 1 339
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində "Tibb" ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.

Bununla belə, "Tibb" ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də 520 yer ayrılıb.

Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.