Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 1/4 final uğrunda cavab matçında "Liverpul" "Leyptsiq"i qəbul edəcək. Səfərdə bu rəqibinə 2 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi mərhələni keçmək üçün üstünlüyə malikdir. Yurgen Kloppun komnadası pandemiya səbəbindən rəqibini Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da qəbul edəcək.
Günün digər matçında isə "Barselona" PSJ-nin qonağı olacaq. "Nou Kamp"dakı oyunda 4:1 hesabı ilə qalib gələn Paris klubu növbəti mərhələyə daha yaxındır.
10 mart
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
00:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
İlk oyun - 2:0
00:00. PSJ (Fransa) - "Barselona" (İspaniya)
İlk oyun - 4:1
9 mart
"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
İlk oyun - 1:2
"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
İlk oyun - 3:2
Milli.Az