İdman

"Çelsi" Türkiyədən futbolçu gətirir: Satış qiyməti bəlli oldu

7 Mart 2021 18:32
Baxış: 1 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi" uzun müddətdir yaxından maraqlandığı Uğurcan Çakırı heyətinə qatmağa hazırlaşır.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Superliqanın ən dəyərli qolkiperi "Çelsi"yə keçid edə bilər. Mövsümün sonunda "zadəganlar"ın 24 yaşlı qapıçının transferini bitirəcəyi gözlənilir. 

"Çelsi" 20 milyon avrodan çox məbləğ təklif edərsə, "Trabzonspor" Uğrucanın satışına razılıq verəcək.

Qeyd edək ki, mövsümün əvvəlində 24 milyon avroya "Renn"dən aldığı Mendi, "Çelsi"nin ümidlərini tam doğrulda bilməyib. Yeni qapıçı axtaran İngiltərə klubunun ilk hədəfi Uğurcan Çakırdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.