İdman

AFFA işığa görə "Neftçi" və "Sumqayıt"ı cərimələdi

4 Mart 2021 16:10
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib:

"Neftçi" - "Sabah" oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunub.

"Sumqayıt" - "Zirə" oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.