İdman

Messi ilə Ronaldu arasındakı qayda pozuntusu fərqi

16 Fevral 2021 18:17
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Statistikaya görə, bu mövsüm "Barselona"nın kapitanı Lionel Messi İspaniya çempionatında orta hesabla 2.8 dəfə qayda pozuntusuna məruz qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu üçün  A Seriyasındakı bu rəqəm hər oyuna 1.4 dəfədir.

Eyni zamanda argentinalı oyunçu hər matçda 4.5, portuqaliyalı futbolçu isə  1.8 driblinq edir.

Qeyd edək ki, Messi bu mövsüm La Liqada 20 mat keçirib və 15 qol vurub. Ronaldu isə A seriyasında çıxdığı 18 matçda 16 dəfə fərqlənib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.