İdman

"18 yaşdan yuxarısansa, bu iş leqaldır" - İdmanı əxlaqsızlığa dəyişən Verona

15 Fevral 2021 20:30
Baxış: 2 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu, mənim xoşuma gəlirdi, həmişə işim kimi yanaşırdım. Əgər 18 yaşdan yuxarısansa və vergiləri ödəyirsənsə, bu iş Niderlandda leqaldır".

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu gimnastika üzrə dünya çempionatının mükafatçısı Verona van de Ler deyib.

2002-ci ildə mundialda gümüş qazanan sabiq idman gimnastı pornoulduza çevrilməsindən danışıb: "Heç bir təzyiq yox idi, azadlığım çox idi. Özüm özümə boss idim. Əlbəttə, bu iş barədə sevgilimlə çox danışıb müsbət və mənfi tərəflərini müzakirə etmişdim. Amma heç bir problem yaranmadı. Məni bu sahədən çəkindirən qohumların və dostum olmadı. Çünki belələri ümumiyyətlə yoxdur".

2011-ci ildə bu sahəyə qədəm basan Verona 2019-cu ilədək fəaliyyət göstərdiyi sferanın daha qazanclı işlə məşğul olmağından məmnunluğunu gizlətməyib: "Mən öz yolumu seçdim. Bu, biznesim üçün yaxşı start idi. Bütün gimnastika karyeram ərzində qazandığımdan kifayət qədər artığını 
əldə etdim. Bu iş xoşuma gəlirdi. Özümü yaxşı hiss etməyəndə və ya xəstələnəndə işləmirdim. Ehtiras hiss etməyəndə harasa çəkilməyə dəyməz. Çünki dərhal hiss olunacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.