İdman

“Qarabağ” Braziliyalı qapıçıya “elçi düşdü”

15 Fevral 2021 18:54
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran "Qarabağ"ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Ağdam təmsilçisi qapı xəttinə axtardığı qapıçını Portuqaliyadan tapıb.

Azərbaycan çempionunun siyahısında olan qolkiper "Nasional" klubunun üzvü Daniel Martins Gimaraeşdir. Elita təmsilçisinin əsas qapıçısı sayılan 34 yaşlı braziliyalı mövsümün sonunda Azərbaycana köçə bilər. Onun "Nasional"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2017-ci ildən "Nasional"ın formasını geyinən Daniel Gimaraeş cari mövsüm Premyer Liqada keçidiyi 14 oyunda qapısında 19 qol buraxıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.