İdman

Lukaku Ronaldoya çatdı, “İnter”i zirvəyə daşıdı

15 Fevral 2021 10:06
Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A seriyasında XXII tur 5 oyunla davam edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, paytaxt klublarından "Roma" ev, "Latsio" isə səfər sınağına çıxıb.

Birincilər günün ilk matçında "Udineze"ni məğlub edərək, dünən uduzan "Yuventus"u turnir cədvəlində qabaqlayıb.

"Latsio" isə Milanda "İnter"in qonağı olub. "Milan"ın məğlubiyyətindən sonra liderliyə yüksəlmək şansı yaxalayan "neradzurra" bunu əldən verməyib. Romelu Lukaku iki qol və bir məhsuldar ötürmə ilə komandasına qələbə qazandırmaqla yanaşı, zirvəyə də yüksəldib. Qollarının sayını 16-ya çatdıran belçikalı forvard bombardirlər yarışında da lider Kriştianu Ronaldonu yaxalayıb.

"Atalanta" isə "Kalyari" səfərindən son dəqiqə qolu sayəsində qalibiyyətlə dönüb.

Turun son oyunu (23:45. "Verona" - "Parma") fevralın 15-də keçiriləcək.

İtaliya. A seriyası
XXII tur
14 yanvar
"Roma" - "Udineze" - 3:0
Veretut, 5, 25, Pedro, 90+3
"Kalyari" - "Atalanta" - 0:1
Muriel, 90
"Sampdoriya" - "Fiorentina" - 2:1
Keyta, 31, Kvalyarella, 71 - Vlahoviç 37
"Krotone" - "Sassuolo" - 1:2
Ounas, 26 - Berardi, 14, Kaputo, 49 (pen.)
"İnter" - "Latsio" - 3:1
Lukaku, 22, 45, Martines, 64 - Eskalante, 61

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.