İdman

Günün bütün oyunları heç-heçə bitdi

14 Fevral 2021 10:48
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Bundesliqasında XXI turun növbəti oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə 5 matç baş tutub.

Günün bütün qarşılaşmaları heç-heçə nəticələnib. İddialılardan "Bayer" "Mayns"la, Dortmund "Borussiya"sı "Hoffenhaym"la matçda xal itirib. Hər iki oyunda 4 qol qeydə alınıb.

"Ştutqart"la "Herta" qollu heç-heçə edib. Digər iki matçda komandalar rəqib qapısına yol tapa bilməyib.

Qeyd edək ki, tura fevralın 15-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXI tur
13 fevral
"Bayer" - "Mayns" - 2:2
Alario, 14, Şik, 84 - Qlatzer, 89, Ştoqer, 90+2
"Borussiya" D - "Hoffenhaym" - 2:2
Sanço, 24, Haland, 57 - Dabbur, 31, Bebu, 51
"Ştutqart" - "Herta" - 1:1
Kaladjiç, 45+2 - Nets, 82
"Verder" - "Frayburq" - 0:0
"Union" - "Şalke" - 0:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.