İdman

Qvardioladan orijinal təbrik

12 Fevral 2021 12:40
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sabiq komandası "Bavariya"nı dünya çempionatının finalında Meksika "Tiqres"i üzərindəki qələbə (1:0) münasibəti ilə təbrik edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Münhen klubunun rəsmi Tvitter səhifəsində yer alan təbrikdə deyilib:

"Biz fəxr edirik, mən fəxr edirəm. Hamıya, xüsusən Hans-Diter Flikə, oyunçulara və personala bu əlamətdar qələbə münasibəti ilə təbriklərimi çatdırıram.

Amma man Hansa demək istəyirəm ki, siz altı titulu dalbadal udan ikinci komandasınız. Sizə qədər bir komanda da vardı - "Barselona". Ona görə də bəlkə mən Messiyə və kampaniyasına zəng edim ki, yeddinci titul uğrunda oynayaq? Deyin, harada və nə vaxt! Biz orada olacağıq".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.