"Real"ın kapitanı Serxio Ramos klubdan ayrılmaq niyyətində deyil.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
34 yaşlı müdafiəçinin Madrid təmsilçisinin müqaviləni yeniləmək təklifini rədd etmədiyi bildirilib. İspaniyalı oyunçunun bu yay komandadan getmək fikrində olmadığı qeyd olunub.
Xatırladaq ki, "kral klubu" ilə sözləşməsi bu ilin yayında başa çatacaq Ramos 4 gün əvvəl dizindən əməliyyat olunub. O, bu mövsüm 18 matçda 3 qol vurub.
Milli.Az