İdman

""Barselona"ya qol vursam, qeyd etməyəcəyəm" - Rakitiç

10 Fevral 2021 11:45
Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sevilya"nın futbolçusu İvan Rakitiç İspaniya kubokunun yarımfinalında sabah "Barselona" ilə keçiriləcək görüşlə bağlı açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "AS" nəşrinə danışan xorvatiyalı yarımmüdafiəçi keçmiş komandasına qol vuracağı təqdirdə sevincini çılğın şəkildə qeyd etməyəcəyini bildirib:

"Qol vursam, bunu qeyd etməyəcəyəm. Barselonada çox gözəl anlar yaşamışam. Qızım orada doğuldu. Şəhərdə dostlarım çoxdur. Yerli azarkeşlər məni sevirlər və bu qarşılıqlıdır. "Barselona" azarkeşləri onlara qarşı davranışıma görə hətta mənə mükafat da veriblər".

Xatırladaq ki, Rakitiç 2014-cü ildən 2020-ci ilədək "Barselona"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.