İdman

ÇL-də daha bir oyunun yeri dəyişdirildi

9 Fevral 2021 13:24
Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "Borussiya" (Münhenqladbax) - "Mançester Siti" matçının yerini dəyişdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın Macarıstanın paytaxtı Budapeştdəki "Puskas Arena"da oynanılacağı bildirilib.

Belə qərar verilməsinə Almaniya İngiltərə arasında koronavirus səbəbindən təyyarə uçuşlarını dayandırması səbəb olub.

Qeyd edək ki, sözügedən matç fevralın 24-də Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xatırladaq ki, bundan əvvəl eyni səbəbdən Leypsiq" - "Liverpul" oyununun Macarıstan paytaxtı Budapeşt,  "Atletiko" - "Çelsi" görüşünün  Rumıniyanın paytaxtı Buxarestdə keçirilməsinə qərar verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.