İdman

Dreksler azarkeşləri təhqir etdi

8 Fevral 2021 19:19
Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Köln"ün futbolçusu Dominik Drekslerlə öz azarkeşlər arasında qalmaqal baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə 20-ci turda "Borussiya" - "Köln" (Münhenqladbax) oyunundan əvvəl baş verib. 30 yaşlı yarımmüdafiəçi görüşdən öncə komandanı pirotexniki vasitələrlə müşayiət edən fanatları təhqir edib.

Komanda Kölnə qayıtdıqdan sonra isə klubun ultrasları futbolçuları salamlayıb və Drekslerdən onların yanına gəlməsini tələb edib. Bu vaxt Dreksler sürətlə oradan uzaqlaşıb.

Klubun yetirmələrindən olan Lukas Podolski bu hərəkətinə görə Dreksleri tənqid edib. O Tvitterdə yazıb: "Əgər öz azarkeşlərini axmaq adlandırırsansa, bu formanı daşımağı haqqın yoxdur".

Daha sonra futbolçu etdiyi hərəkətə görə üzr istəyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.