İdman

Karantin qaydalarını pozub qonaqlıq etdi, polis gələndə pəncərədən qaçdı

21 Yanvar 2021 16:24
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mönhenqladbaxın "Borussiya" klubunun futbolçusu Breel Embolo xoşagəlməz hadisənin iştirakçısı olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Almaniya təmsilçisinin 23 yaşlı forvardı Essenin koronavirus səbəbindən qapalı olan restoranlarından birindəki qonaqlıqda iştirakda ittiham edilir. 

Yığıncağa ümumilikdə 23 nəfər qatılıb. Polis hadisə yerinə gəldikdə bir nəfər pəncərədən dama qaçıb. O, qonşu mənzilin pəncərəsindən içəri daxil olub. Polis əməkdaşları həmin evin qapısını sındırmaqla içəri daxil olduqda hücumçunu tapıb: "O, mənzildə tək idi. Belə ehtimal edirik ki, qaçan da məhz Embolo olub".

Qeyd edək ki, Embolo hərəkətinə görə XVII turun "Verder"lə görüşünün heyətindən kənarlaşdırılıb. Buna səbəb hücumçunun koronavirus qaydalarını pozmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.