İdman

“Onların qərarı əsl dəlilikdir” - Berti Foqts

18 Yanvar 2021 13:35
Baxış: 1 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa çempionatı pandemiya dönəmini uğurlu idarə edən bir ölkədə keçirilməlidir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts AVRO-2020-nin gələcək taleyi ilə bağlı danışarkən deyib.

75 yaşlı mütəxəssis koronavirus pandemiyasının dünyanı əhatə etdiyi bir vaxtda qitə birinciliyinin təşkilini uğurlu addım saymır. Almaniyalının fikrincə, AVRO-2020 yenidən təxirə salınmalıdır: "Turnirin taleyi ilə bağlı hələ heç kim UEFA-dan dəqiq məlumat almayıb. Bu da məni heyrətə gətirir. Millidə işləmiş məşqçi kimi UEFA-ya müraciət edirəm: Avropa çempionatını təxirə salın. Yekun qərarınızı indi verin. Əks təqdirdə, sonra çox gec olacaq. UEFA-nın turniri iyuna salma qərarı əsl dəlilikdir. Yarışı dekabrın ortalarına qədər təxirə salmaq lazımdır. Ümid edirəm ki, o vaxta qədər tribunalara daha çox azarkeş buraxılar".

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.