İdman

“İnsanların rəylərini ciddi qəbul etmirəm” - Neymar

16 Yanvar 2021 18:42
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin futbolçusu Neymar sosial şəbəkələrdə onun haqqında yazılan fikirlər barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu bunları bölüşüb:

"Sosial mediya bir çoxlarının gəlib, səni mühakimə edə biləcəyi, sənə nifrət edə biləcəyi və ya həsət apara biləcəyi bir yerdir. Ona görə də insanların rəylərini ciddi qəbul etmirəm. Lazım olmayan şeylərə vaxt itirməyi sevmirəm. Ətrafımda yaxınlarım var: ailəm, dostlarım, komanda yoldaşlarım. Onlar bu şərhləri oxuyub, əsəbləşirlər.

İnsanların səni tanımadığı halda danışmaqları asandır. Ancaq əsl məni- əsl Neymarı ancaq ailəm, dostlarım yaxşı tanıyır. Futbol oynayanlar meydançada və xaricində nə baş verdiyini anlaya bilirlər. Digərləri bunu heç vaxt anlamayacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.