İdman

Messi Superkubok oyununu buraxa bilər

13 Yanvar 2021 19:19
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi İspaniya Superkubokunun yarımfinal oyununu buraxa bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb argentinalı superulduzun yüngül zədəsinin olmasıdır.

33 yaşlı ön xətt oyunçusu son məşqdə iştirak etməyib. O, La Liqanın ötən turunda "Qranada" ilə matçda (4:0) əzələlərində narahatlıq hiss etdiyi üçün əvəzlənmişdi.

Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinal mərhələsinin ilk matçında "Barselona" bu gün "Real Sosyedad"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.