İdman

Abramoviç Qrantı “Çelsi”yə gətirmək istəyir

12 Yanvar 2021 17:22
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin sabiq baş məşqçisi Avram Qrant kluba qayıda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisinin sahibi Roman Abramoviç 65 yaşlı mütəxəssisi komandaya məşqçi olaraq gətirmək istəyir. O, Avram Qrantın təcrübə və biliyinin "zadəganlar"ın çalışdırıcısı Frank Lempard üçün kömək olacağını düşünür.

Qeyd edək ki, Qrant hazırda Hindistanın "Nort-İst Yunayted" klubunun idman direktorudur. O, 2007/8-ci illərdə "Çelsi"yə baş məşqçilik edib. Komanda Qrantla Premyer Liqada 2-ci olub və Çempionlar Liqasının finalına yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.