Argentina yığması və "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavyer Maskeranonun yeni iş yeri müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Argentina Futbol Federasiyasında çalışacaq.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 36 yaşlı keçmiş futbolçu milli komandalar üzrə strukturda çalışacaq. Maskeranonun metodologiya və inkişaf şöbəsindən məsul olacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Argentina yığmasında 147 oyun keçirmiş Maskerano klub karyerasında "River Pleyt", "Korintians", "Vest Hem", "Liverpul", "Barselona", "Hebey" və "Estudiantes"da çıxış edib.
Milli.Az