İdman

7 qollu oyunda “Qalatasaray” uduzdu - VİDEO

6 Yanvar 2021 09:54
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında 17-ci tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. "Yeni Malatyaspor" "Sivasspor"la heç-heçə edib - 2:2. "Qaziantep" "Ankaragücü"nü məğlub edib - 2:0.
 
 "Qalatasaray" səfərdə "Konyaspor"un qonağı olub. Məhsuldar keçən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:3.

5 yanvar

Türkiyə Superliqası, 17-ci tur

"Yeni Malatyaspor" - "Sivasspor" - 2:2
Qol: Fofana, 25. Tetteh, 63 - E.Yeşilyurt, 18. Qradel, 32.

"Qaziantep" - "Ankaragücü" - 2:0
Qol: Maksim, 69. E.Şahin, 90+5.

"Konyaspor" - "Qalatasaray" - 4:3
Qollar: E.Daci, 41; 46. U.Demirok, 82-pen. Kravets, 90+2 - Diaqne, 45+2; 77-pen. O.Çağlayan, 90+5.

Bu nəticələrdən sonra "Qaziantep" xallarını 31-ə çatdıraraq liderliyə yüksəlib. 2-ci pillədəki "Beşiktaş"ın da xalları eynidir. "Alanyaspor" və "Qalatasaray" isə 30 xalla 3-cü, 4-cü yerləri bölüşürlər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.