İdman

Reşford klub tarixinin 3-cüsü oldu

28 Dekabr 2020 07:47
Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində "Lester"lə 2:2 hesablı bərabərliyə razılaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu oyun "qırmızı şeytanlar"ın ilk qolunu vuran futbolçusu Markus Reşford üçün əlamətdar olub. 23 yaşlı futbolçu Premyer Liqada vurduğu qolların sayını 50-yə çatdırıb. Reşford bu uğura nail olan 3-cü ən gənc futbolçudur. 23 yaş 56 günlüyündə bu göstəriciyə çatan Reşford Ueyn Runi (22 yaş 157 gün) və Kriştianu Ronaldudan (22 yaş 341 gün) geri qalır.

Cari mövsümdə ümumilikdə 23 oyun keçirən Reşford 13 qolla yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.