İdman

22 yaşlı biznesmen İngiltərə klubunu aldı

26 Dekabr 2020 14:49
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Sanderlend" klubunun yeni sahibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, ölkənin ən yaxşı üçüncü liqasında çıxış edən klub 22 yaşlı milyarder Kirill Lui-Dreyfusa satılıb.

Rusiya əsilli biznesmen "Sanderlend"in səhmlərini Styuart Donalddan alıb. Müqavilə İngiltərə Futbol Liqasının təsdiqini gözləyir.

Kirill Lui-Dreyfus "Adidas" firmasının sabiq baş direktoru Robert Lui-Dreyfusun üç oğlundan biridir. 2009-cu ildə vəfat edən Robertin sərvəti 2 milyard avrodan çox idi. Sankt-Peterburqda anadan olan Kirillin anası Marqarita Dreyfusun sərvəti ötən ay 5,6 milyard avro dəyərində qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.