İdman

"Qalatasaray" Trabzona ciddi itki ilə gedir

25 Dekabr 2020 19:55
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın futbolçusu Mbaye Diaqne heyətdən kənarlaşdırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxmasıdır. Ehtiyat tədbiri kimi seneqallı futbolçu Superliqanın 15-ci turunda "Trabzonspor"la səfər matçına aparılamayacaq.

Əvəzində, uzun müddətdir zədə səbəbindən meydana çıxmayan kolumbiyalı hücumçu Radamel Falkao heyətdə yer alıb.

Qeyd edək ki, "Trabzonspor"la dekabrın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory