İdman

Ronaldu “Yuventus”u tərk etdi - Karantinə alınacaq

24 Dekabr 2020 18:55
Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu İtaliyanı tərk edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, futbolçu Milad bayramını qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Turin klubunun rəhbərliyi 35 yaşlı qolçunun Dubaya yollanmasına icazə verib. Onun dekabrın 28-də İtaliyaya dönməsi gözlənilir. Lakin portuqaliyalı qayıtdıqdan sonra karantinə alınacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu 12 qolla A seriyasında bombardirlər yarışına başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.