İdman

Azərbaycanlı məşqçi İran klubu ilə anlaşdı

20 Dekabr 2020 14:42
Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Keşlə" klubunun koordinatoru Ramiz Məmmədovla maraqlanan İran klubunun adı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 52 yaşlı mütəxəssis yüksək liqa təmsilçisi "Saypa" ilə danışıq aparır.

Tərəflər arasında hətta ilkin razılıq da əldə olunub. Hələ ötən il "Saypa"nın prezidenti Reza Darviş Bakıya gələrək, Məmmədovla görüşüb. Ancaq komandanın ardıcıl qələbələr qazanması baş məşqçinin postunda qalmasına səbəb olub. Ardından gücləndirilmiş karantin səbəbindən beynəlxalq uçuşların dayandırılması baş məşqçi dəyişikliyini yubadıb.

Yenidən bu məsələ gündəmə gəlib. Tərəflər əvvəlki şərtlərlə razılıq əldə ediblər. Ramiz Məmmədov hətta köməkçilərini də müəyyənləşdirib. O, İrana gedəcəyi təqdirdə Mehman Baxışov, Kənan Kərimov və Elxan Abdullayevi də özü ilə aparacaq. Hətta gürcüstanlı Badri Kvaratsxeliyanın da məşqçi korpusuna cəlb olunması istisna deyil.

Qeyd edək ki, "Saypa" İran çempionatında 7 turdan sonra 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.