İdman

Hacımurad Məhəmmədsəidov bürünc medal üçün mübarizə aparacaq

16 Dekabr 2020 21:10
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, beşinci yarış günündə 57, 70, 74, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. İslam Bazarqanov debütdə Ukrayna güləşçisinə məğlub olub.

Gitinoməhəmməd Hacıyev ilk görüşdə Küveyt idmançısına çətinlik çəkmədən qalib gəlib. 1/4 finalda isə türk həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün Hacıyev dekabrın 17-də təsəlliverici görüşə çıxacaq.

Hacımurad Məhəmmədsəidov debütdə yerli pəhləvanı elə ilk hissədə xalçadan məyus yola salıb. Daha sonra ispan rəqibinə qalib gələn yığmamızın üzvü yarımfinala yüksəlib. Finalın bir addımlığında Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə məğlub olan Hacımurad dekabrın 17-də bürünc medal üçün xalçaya çıxacaq.

Camaləddin Məhəmmədov ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlib. Ancaq daha sonra Polşa güləşçisinə yenilib. Rəqibin finala yüksəlməsi Məhəmmədova dekabrın 17-də təsəlliverici görüşə çıxmaq şansı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.