İdman

“Temperaturum oldu, bədənim çox pis ağrıyırdı” - Koronavirusa yoluxan qapıçı

15 Dekabr 2020 13:57
Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evdə oturmuşam, istirahət edirəm.

Milli.Az bildirir ki, bunu apasport.az saytına "Qarabağ" klubunun koronavirusa yoluxan qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Azərbaycan millisinin qolkiperi hazırda özünü yaxşı hiss etdiyini söyləyib: "Bir gün temperaturum oldu, bədənim çox pis ağrıyırdı. Həkimin yazdığı dərmanı içirəm. Özümü indi daha yaxşı hiss edirəm".

Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının təxirəsalma ilə davam etdirilməsi qərarına da münasibət bildirib. 26 yaşlı qapıçı Peşəkar Futbol Liqasının doğru qərar verdiyini düşünür: "Düzdür, belə vəziyyətdə oynamaq hər kəs üçün çətindir. Ancaq başqa nə etmək olar? Oynamaq lazımdır, başqa variant yoxdur. Futbolu dayandırmaq olmaz. Çempionat dayandırılsa, daha çətin olar".

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın XII turu çərçivəsində dekabrın 20-də "Qəbələ" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.