İdman

Beyl "Real"a qayıtmaq istəyir

15 Dekabr 2020 12:51
Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hücumçu Qaret Beyl "Tottenhem"lə icarə müqaviləsi başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Real"a qayıtmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Eyni zamanda, 31 yaşlı futbolçunun Madrid klunun baş məşqçisi Zinəddin Zidanla çətin münasibətlərini davam etdiyi bildirilib.

Qeyd edək ki, Beyl İngiltərə təmsilçisinə icarəyə verildikdən sonra Premyer Liqa və Avroliqada ümumilikdə 9 oyuna çıxıb, 2 qol vurub. Onun "Tottenhem"lə icarə müqaviləsi bu mövsümün sonu başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.