İdman

Arsenal-dan növbəti antirekord - VİDEO

14 Dekabr 2020 15:24
Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arsenal-ın uğursuz seriyası davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi Premyer Liqasının 12-ci turunda doğma meydanda Burnley-yə 0:1 hesabıyla uduzmaqla son 61 ilin antirekorduna imza atıb.

Bu, "topçular"ın cari mövsümdəki ardıcıl 4-cü ev məğlubiyyətidir. Paytaxt klubu 61 il sonra ilk dəfə ardıcıl 4 ev məğlubiyyəti ilə üzləşib. Arsenal sonuncu dəfə belə aqibəti 1959/60 mövsümündə yaşamışdı.

Qeyd edək ki, hazırda 13 xalı olan Mikel Artetanın komandası 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.