İdman

Ən yaxşı adına namizədlər bəlli oldu - “Globe Soccer Awards”

8 Dekabr 2020 18:42
Baxış: 1 105
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri "Globe Soccer Awards"ın mükafatlarına namizədlərin yekun siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 2010-cu ildən təqdim edilən mükafatın hər nominasiyasında üç iddiaçı qalıb.

İlin futbolçusu adına Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus"), Lionel Messi (Argentina, "Barselona") və Robert Levandovski (Polşa, "Bavariya") iddia edir.

Ən yaxşı məşqçi olmağa Canpyero Qasperini ("Atalanta"), Hans-Diter Flik ("Bavariya") və Yurgen Klopp ("Liverpul") namizəddir.

"Bavariya", "Liverpul" və "Real" ən yaxşı komanda adını qazanmağa iddiaçılardır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.