İdman

"Belə sıx qrafiklə çox oyunçunu itirəcəyik" - Kuman

7 Dekabr 2020 19:36
Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın baş məşqçisi Ronald Kuman sıx oyun təqvimindən şikayətlənib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Çepionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Yuventus"la matçdan öncə verdiyi açıqlamasında Usman Dembelenin zədəsindən danışarkən bunları deyib:

"Zədə səbəbindən futbolçu itirmək üzücüdür. Bu, bizi geriyə aparan bir şeydir. Çünki Dembele irəliləyişə nail olmuşdu. Amma yenidən geri gedəcək.

Belə qrafikə görə daha çox oyunçunu zədə səbəbindən itirəcəyik. Çərşənbə günü İspaniya futboluna fayda vermək üçün oyuna çıxırsınızsa, qarşıda nələrin olacağını düşünməlisiniz.

Həm həftəsonu, həm çərşənbə axşamı matça çıxmalısan. Bu mövsüm hamısı 21:00-da başlayan 5 səfər oyun keçirmişik".

Qeyd edək ki, mövsümə uğursuz başlayan "Barselona" La Liqada  10 oyuna 14 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.