İdman

İlin ən güclüsü - Levandovski

7 Dekabr 2020 18:28
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, forvard "FourFourTwo" nəşrinin keçirdiyi sorğunun qalibi olub.

101 ölkənin hərəsindən bir jurnalistin qatıldığı səsvermədə Robert hamını qabaqlayıb. 2020-ci ildə "Bavariya" ilə Almaniya çempionu, kubok və Superkubokun qalibi olan hücumçu Çempionlar Liqası və UEFA Superkubokunu da başı üzərinə qaldırıb.

Qeyd edək ki, Levandovski Çempionlar Liqası, Bundesliqa və Almaniya kubokunda mövsümün bombardiri adına yiyələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.