İdman

Arteta 53 il sonra klub antirekordunu təkrarladı

7 Dekabr 2020 15:23
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın baş məşqçisi Mikel Arteta 53 il sonra klubun antirekordunu təkrarlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssisin uğursuz göstərcisi Premyer Liqanın 11-ci turunda "Tottenhem"ə məğlub olduqları oyunda qeydə alınıb.
 
Onun rəhbərlik etdiyi komanda bundan əvvəlki London derbisində də uduzub. Beləliklə, ispaniyalı mütəxəssis "Arsenal"a baş məşqçi təyin olunduqdan sonra komandanın "Tottenhem"lə ilk 2 matçında meydanı məğlub tərk edib.  Bu, klub üçün antirekord hesab edilir.

İndiyədək "Arsenal"da belə göstərici 1966/67-ci illər mövsümündə Berti Minin baş məşqçiliyi altında olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.