İdman

"Tottenhem" - "Arsenal" oyununda 2 qol vuruldu

6 Dekabr 2020 23:10
Baxış: 2 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən oyunda "Tottenhem" "Arsenal"a qalib gələrək liqanın lideri olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan matç 2:0 hesabı ilə sona çatıb. Qaliblərin heyətində Son Xın-Min və Harri Keyn fərqləniblər.

"Tottenhem" xal ehtiyatını 24-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Çelsi" 22 xalla 2-ci, "Lester" 21 xalla 3-cüdür. "Arsenal" isə 13 xalla 15-ci pillədə qərarlaşıb.

Növbəti turda Joze Mourinyonun yetirmələri dekabrın 13-də "Kristal Pelas"la, dekabrın 10-da isə Avropa Liqasının qrup mərhələsinin son turunda Belçikanın "Antverpen"i ilə görüşəcəklər.

"Arsenal" həmin gün Avropa Liqasında səfərdə İrlandiya komandası "Dandolk"la qarşılaşacaq və 13 dekabrda Premyer Liqanın 12-ci turunda öz meydançasında "Bernli"ni qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.