Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən oyunda "Tottenhem" "Arsenal"a qalib gələrək liqanın lideri olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan matç 2:0 hesabı ilə sona çatıb. Qaliblərin heyətində Son Xın-Min və Harri Keyn fərqləniblər.
"Tottenhem" xal ehtiyatını 24-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Çelsi" 22 xalla 2-ci, "Lester" 21 xalla 3-cüdür. "Arsenal" isə 13 xalla 15-ci pillədə qərarlaşıb.
Növbəti turda Joze Mourinyonun yetirmələri dekabrın 13-də "Kristal Pelas"la, dekabrın 10-da isə Avropa Liqasının qrup mərhələsinin son turunda Belçikanın "Antverpen"i ilə görüşəcəklər.
"Arsenal" həmin gün Avropa Liqasında səfərdə İrlandiya komandası "Dandolk"la qarşılaşacaq və 13 dekabrda Premyer Liqanın 12-ci turunda öz meydançasında "Bernli"ni qəbul edəcək.
Milli.Az