İdman

"Sizdən xahişim odur ki,..." - "Neftçi"nin futbolçusundan açıqlama

5 Dekabr 2020 13:36
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mert Çelik koronavirusa yoluxmasından danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi bu barədə öz Feysbuk hesabında yazıb:

"Salam, "Neftçi" azarkeşləri. Bildiyiniz kimi, COVID-19 testim müsbət çıxdı və dərhal özümü təcrid etdim. Hazırda vəziyyətim yaxşıdır. Hər gün daha da yaxşı oluram. Sizdən xahişim odur ki, ehtiyac olmadıqca bayıra çıxmayaq, evimizdə qalaq. Çölə çıxanda maskamızı taxaq və sosial məsafəni qoruyaq. Bu çətin günlər keçəcək. İnanıram ki, yenidən görüşəcəyik. Həmin vaxtadək evdə qalın, sağlam qalın".

Qeyd edək ki, "Neftçi"də baş məşqçi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrində virus aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.