İdman

Azərbaycan Premyer Liqasında bir dəqiqəlik sükut olsun – FİFA-dan çağırış

28 Noyabr 2020 08:38
Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA-ya üzv olan bütün ölkələrin çempionatlarında keçirilən oyunlarda bir dəqiqəlik sükut elan oluna bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ali futbol qurumu bununla bağlı quruma üzv olan 211 milli assosiasiyaya çağırış edib.

FİFA əfsanəvi Dieqo Maradonanın xatirəsinin bütün ölkələrdə yad edilməsini istəyib: "Biz qarşıdakı və ya növbəti həftəsonu keçiriləcək hər futbol oyununda bir dəqiqəlik sükut elan olunmasına çağırırıq ki, bütün zamanların ən böyük futbol simalarından birinin xatirəsi yad edilsin".

Nəzərə alsaq ki, AFFA da FİFA-nın üzvüdür və bu çağırışına müsbət cavab verərsə, PFL Azərbaycan Premyer Liqasının oyunlarında bir dəqiqəlik sükut elan edəcək.

Qeyd edək ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi noyabrın 25-də 60 yaşında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.