İdman

Teymur Rəcəbov mübarizəni dayandırdı

27 Noyabr 2020 10:44
Baxış: 2 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq open" turnirindəki çıxışını başa vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1/4 finalın ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Burada rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.